ATİA.AZ-da işıqlandırılan məsələ öz həllini tapdi... QAZAXDA

Bir neçə gün bundan öncə (27.07.2022-ci il tarixdə)  Qazax rayon Səməd Vurğun küçəsi- 155 ünvanında yaşayan Qasımov Aqif isgəndər oğlu saytımıza müraciət ünvanlayaraq qeyd etmişdir ki, yaşadığım evin elektrik naqili məsuliyyətsiz idarə əməkdaşları tərəfindən dirək olmadığı üçün birbaşa  evimin yuxarı küncünə,  "Daş divara" bərkidilib. Bundan əlavə tək mənim evimə çəkilən naqil yox,  bir neçə qonşulara gedən elektrik xətlərini də evimin küncünə bərkidərək, oradan da qonşulara paylayıblar.  Bu barədə etiraz edərək,  aidiyyəti qurumlara dəfələrlə müraciət ünvanlasaq da, çox təssüflər olsun ki, müraciətimizə baxan olmayıb.
Bu məlumat ATİA.AZ SAYTINDA İCTİMAİLƏŞDİRİLMİŞDİ. (https://atia.az/blg/6808-ataaz-saytna-ikayt-nvanlanb-qazax.html)

Qasımov Aqif İsgəndər oğlu yenidən saytımıza müraciət ünvanlayaraq  məsələnin  tez bir zamanda öz həllini tapması barədə məlumat verdi. Belə ki, evinin "daş divarına" bərkidilmiş elektrik naqili sökülüb,  yeni elektrik dirəyi basdırılıb və elektrik naqilləri həmin dirəyə bərkidilmişdir.



 Görülən işlərdən razı qalan Aqif Qasımov  ATİA.AZ saytına, eləcə də əməyi keçən hər kəsə təşəkkür bildirmişdir.


Tarix: 7-08-2022, 12:10 Oxunub: 746


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930