Qazax rayon Səməd Vurğun küçəsi- 155 ünvanında yaşayan Qasımov Aqif isgəndər oğlu saytımıza müraciət ünvanlayıb.
Müraciətində bildirir:
"Yaşadığım evin elektrik naqili məsuliyyətsiz idarə əməkdaşları tərəfindən dirək olmadığı üçün birbaşa evimin yuxarı küncünə,
"Daş divara" bərkidilib. Bundan əlavə tək mənim evimə çəkilən naqil yox, bir neçə qonşulara gedən elektrik xətlərini də evimin küncünə bərkidərək, oradan da qonşulara paylayıblar. Bu barədə etiraz edərək, aidiyyəti qurumlara dəfələrlə müraciət ünvanlasaq da, çox təssüflər olsun ki, müraciətimizə baxan olmayıb.
Ölkə Prezidentinin Regionların sosial-iqtisadi inkişafı üçün olan diqqət və qayğısı danılmazdır. Çox təssüf hissi ilə qeyd etmək istəyirəm ki, Cənab Prezidentin gördüyü gözəl işlərə kölgə salan bəzi məmurlar rayonların inkişafı üçün ayrılan vəsaitə öz şəxsi gəlir mənbəyi kimi baxır!? Nə etdiyimiz şikayətə baxan var, nə də ki, bizi adam yerinə qoyan!
Aidiyyəti qurumlardan xahiş edirəm, hər an bizi və yaşadığımız evi təhlükə ilə üz-üzə qoyan bu yarıtmaz məmurlar haqqında öz ciddi tapşırıqlarını versinlər...."
Bölməyə aid digər xəbərlər