11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Şuşaya atılan “İsgəndər” yenidən gündəmdə - Əmri kim verib?

    44 günlük müharibə zamanı Ermənistanın Şuşaya atdığı “İsgəndər” raketi ilə bağlı məsələ yenidən gündəmə gəlib.

   ATİA.AZ xəbər verir ki, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Andranik Koçaryan “İsgəndər” raketlərindən istifadəyə görə keçmiş Baş qərargah rəisi Onik Qasparyanı ittiham edib.
Onun sözlərinə görə, Qasparyan “İsgəndər”lərdən istifadə ilə bağlı biabırçı planı təsdiqləyib.
Şuşaya “İsgəndər” atıldığı faktı müharibədən sonra ortaya çıxdı. Azərbaycan tərəfi bu məsələ ilə bağlı Rusiyadan cavab gözləyirdi. Çünki “İsgəndər”lərin Ermənistana verilməsi və bundan istifadə beynəlxalq qanunlara ziddir. Moskva məsələyə hələ də tam aydınlıq gətirməyib. Ermənistanın baş naziri Nikol Paşinyan isə istifadə olunan “İsgəndər”lərin cəmi 10 faizinin partladığına dair qalmaqallı açıqlama vermişdi. İndi Ermənistan hakimiyyəti bu qalmaqalla bağlı keçmiş Baş qərargah rəisini ittiham edir. Andranik Koçaryan detalları açıqlamasa da, görünür, “İsgəndər” raketlərindən istifadə edilməsinin günahını Qasparyanın üzərinə yıxmaq niyyətindədirlər.
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan isə Qasparyanı bu məsələyə münasibət bildirməyə çağırıb.publika.az


Tarix: 9-07-2022, 20:01 Oxunub: 255


Bölməyə aid digər xəbərlər