Şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin və parkın yanında qəhrəman şəhidimizin xatirəsini əziz tutmaq, qəhrəmanlığını gələcək nəsillərə tanıtmaq üçün bulaq-abidə kompleksi inşa olunub.
Mayın 4-də qəhrəman şəhidimizin adını daşıyan bulaq-abidə kompleksinin açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin müəllim və şagirdləri, Vətən müharibəsi əlilləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, döyüş yoldaşları, Gəncədən, Biləsuvardan, Lənkərandan, Tərtərdən, Şəmkirdən, Tovuzdan, Ağstafadan olan şəhid döyüş yoldaşlarının ailə üzvləri iştirak ediblər.
Şəhidimizin adına tikilmiş bulağın açılışından sonra gül dəstələri düzülüb.
Vətən müharibəsi şəhidi Leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov: - “Bizim balalarımız bugünkü firəvan həyatımız, bayraqlarımızın yüksəklərdə dalğalanması üçün düşünmədən özlərini güllə qabağına verdilər, şəhidlik zirvəsinə yüksəldilər”.
Qeyd edək ki, Xaliddin Nəsibov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
ATİA.AZ kollektivi adından ŞƏHİDİMİZƏ Allahdan rəhmət, ailəsinə isə səbr diləyirik.
Allah rəhmət eləsin!!!
Bölməyə aid digər xəbərlər