11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Emin Əmrullayev nə demək istəyirdi?

    Elm və təhsil naziri Emin Əmrullayevin Mirşahinlə müsahibəsinə baxdım. Çox fərqli düşüncəyə səsləyən mesajlar baxımından bu müsahibə gələcəyə yönəlik bir çox suallara cavab verdi. Mən də bir vətəndaş kimi təhsil ilə bağlı narahat olduğum bir çox məqamları özüm üçün ayırd etdim. Birinci başa düşdüm ki, sertifikasiya öz- özlüyündə yalnız müəllimlərin bilik və bacarıqlarının və səriştəsinin ölçülməsi deyil, həm də ilk dəfə olaraq biliyə və bacarığa əsaslanan əməkhaqqı sistemini tətbiq edir. Bu, o deməkdir ki, sinif otağında dərsi yola verən müəllimlə, ürəyi dərs ilə döyünən müəllimin fərqli əməkhaqqısı olacaq. 
    Hər halda təməl (ibtidai) dərs deyən müəllimlərimizin böyük əksəriyyəti yararlı peşə sahibləridir. Bu sevindiricidir, eləcə də bir qism müəllimimiz var ki, dərs yaradılcılığında problemləri var. Və nazir haqlı olaraq qeyd etdi ki, azyaşlı azərbaycanlı övladına zəif dərs keçən, dərsi yola verən müəllimin bu fəaliyyətinə göz yuman təhsil idarəedicisnin fəaliyyəti Vətənə xəyanətdən belə betərdir.
    Təəssüf ki, bir çox ortalıq media təftişçiləri bunu güya nazir müəllimi nəzərdə tuturmuş kimi fərqli yöndə yozdular. Ancaq baxın, cənab nazir burada müəllimi deyil, dərsi yola verən müəllimə güzəşt edən təhsil idarəedənini qınayır,tənqid edir. Yəni, təftişçi sosial media hay-küyçülərinin “oxuyub anlama” qabiliyyəti həm də PİSA beynəlxalq qiymətləndirmə testlərinin əsas anlayışıdır. Görəsən, bizim bu “qəhrəmanlar” PİSA-nın oxuyub anlama testlərindən necə keçərlərdi?
   Yeri gəlmişkən, Emin müəllim son 10 ildə MİQ-dən keçən müəllimlərin hamsının uğurlu sertifikat qazandıqlarını bildirdi. Deməli, çox vaxt, hətta bu gün mediaya müsahibə verən millət vəkilimiz MİQ-i tənqid edirdirdi. Yoldaşlar, əgər mənim övladımı, nəvəmi daha düzgün səriştəli müəllim tədrisə cəlb edirsə və bunun adı MİQ-dirsə biz nəyi tənqid edirik? Müəllimlərin işə qəbulunda biz doğru mizan yarada bilmişiksə, artıq heç bir tapşırıq burada işləmirsə, bunu, cənab millət vəkili qarışıq niyə təqdir etmirik? Maraq nədir? Biz nə istəyirik?
    Emin müəllimə xitabən, Biz başa düşməliyik ki, 20 il bundan əvvəllə müqayisədə on il ərzində müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbul edilməsi nəticəsində daha savadlı və peşəkar insanlar işə qəbul olunub. Və beləcə nöqtə.
 
Akif İsmayılov 


Tarix: 18-10-2022, 07:54 Oxunub: 307


Bölməyə aid digər xəbərlər