11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Müəllim öz dərsi ilə məşğul olmalıdır” - Təhsildə kağız-kuğuz işi nə vaxt bitəcək? – ÖZƏL AÇIQLAMA



Dünən nazir Emin Əmrullayev keçirdiyi brifinqdə  təhsil sahəsində mövcud olan və hər kəsi narahat edən bir sıra vacib məqamlara toxunub. Nazir bildirib ki, bəzi hallarda müəllimlər məktəbdə birbaşa uşağın öyrənməsinə xidmət edən fəaliyyətlə deyil, digər inzibati işlərlə məşğul olurlar. Bu, aparılan monitorinqlər zamanı məlum olub. Həqiqətən də son dövrlər həm müəllimlər, həm də şagirdlər bu vəziyyətdən narazılıq edir. Sosial şəbəkələrdə bununla bağlı şikayətlərin sayı-hesabı yoxdur. Hər kəs müəllimin sənəd yazmaqdan dərsə vaxt ayıra bilmədiyini söyləyir.
Bəs görəsən bu problemin həlli üçün hansı işlər görülməlidir?
Mövzu  ilə  bağlı  təhsil  eksperti  Nadir  İsrafilov  bildirib ki, müəllimin vəzifəsi dərs dediyi şagirdlərin bilik və bacarıqlarını formalaşdırmaqdır: “Təəssüf ki, son zamanlarda müəllimlərin iş yükü həddən artıq çoxalıb. Kurikulum sisteminin tətbiqindən sonra  problemlər daha da artmağa başlayıb. Kurikulum məzmun islahatıdır. Lakin bu sistemdə qiymətləndirmə mexanizmi hazırlandı. Summativ, formativ, diaqnostik qiymətləndirmə və sair. Bütün bunlar müəllimin işini xeyli ağırlaşdırır. Vaxtilə beş ballıq qiymət sistemi var idi. İndi isə müəllim kağız-kuğuzun içindədir. Bütün bunlar lazımsız həngamədir. Müəllim proqram materialını hazırlayaraq şagirdə çatdırmalıdır. Texnologiya əsrində yaşayırıq. Hadisələr, proseslər sürətlə dəyişir. İndi qiymətləndirmə mexanizmi ilə bağlı elə bir vəziyyət yaranıb ki, müəllim təhsillə məşğul olmağa imkan tapmır. Son dövrdə bu məsələ mediada da işıqlandırılıb. Təhsil ekspertləri də öz fikirlərini bildirib. Summativlərlə bağlı bəzi məsələlər nəzərdə tutulur. Təhsil naziri özü də son brifinqdə bu məsələyə diqqət yetirdi. Hesab edirəm ki, bu gün təhsilin keyfiyyətindən danışırıqsa müəllimin əsas işi kimi onun dərsə hazırlaşmasına imkan yaradılmalıdır”.
Nadir Israfilov: Məni qınamayın, biz nə də olmasa da,"milçəkdən fil düzəltmək" işində ustayıq... - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI
Ekspert qeyd edib ki, müəllimi əlavə prosedurlardan azad etmək lazımdır: “Bu gün müəllimin əlavə qayğıları da artırılıb. Nazir dünənki çıxışında bu məsələyə toxundu. Ona görə də bu istiqamətdə mütləq iş aparılmalıdır. Müəllim hesabatlılıq prinsipindən azad olunmalı, öz dərsi ilə məşğul olmalıdır. Əlavə işlər müəllimə həm də psixoloji təsir göstərir. Təhsildə mümkün qədər kağız-kuğuz işindən imtina edilməlidir. Bütün bunlar qiymətləndirmə mexanizmi ilə bağlıdır. Ona görə də qiymətləndirmə mexanizminin yenilənməsi və daha da təkmilləşdirilməsi ilə bağlı məsələ qaldırılıb. Yəqin ki, lazımi işlər görüləcək”.

KONKRET.az


Tarix: 2-03-2022, 14:02 Oxunub: 987


Bölməyə aid digər xəbərlər