13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Ağsu təhsilində tüğyan edən rüşvət…

Bir neçə gün öncə Ağsu təhsilində tüğyan edən rüşvət və Ağsu şəhər 3 saylı məktəbdə olan özbaşınalıqlar haqqında mediada geniş məlumat yayılmışdı.

Şikayətçimiz Ağsu rayon sakini, əməkdar müəllimə Şirmayi Cabbarova,  Ağsu şəhər 3 saylı məktəbin direktoru Leyla Rüstəmzadə, Ağsu rayon Təhsil şöbəsinin müdiri Əlimirzə Məmmədov və 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadovla əlbir olub əməkdar müəllimənin müqavilə bağlamasına canı dildən mane olublar.
  Gör necə haqsız mövqee sərgiləyiblərsə, Leyla Rüstəmzadə şəxsi prinsipləri üzə çıxararaq uzun illər Ağsu Təhsilinə öz töhvəsini verən əməkdar müəllimə Şirmayi Cabbarovanın müqavilə ilə dərs tədrisini mümkinatsız sayaraq öz arzusunu reallaşdırıb.
Əməkdar müəllinə Şirmayi Cabbarova saytımıza onuda qeyd etdi ki, Ağsu təhsil şöbəsinə yenicə müdir təyin olunan Əlimirzə Məmmədov (Həmin ərəfədə müdir əvəzi idi) 65 yaşı tamam olan müəllimə ilə müqaviləni yeniləmək üçün 300 manat pul alıb, lakin həmin pulu iş düzəlməyib deyə sonradan qaytarıb geri verib.
Bununla yanaşı, Əməkdar müəllimə Şirmayi xanım bizə bildirdi ki, artıq onun çıxış yolu yoxdur, təklənib. Neçə illik müəllim hüquqları pozulub.Çünki 3 saylı məktəbin direktoru Leyla Rüstəmzadə qərəzli açıq şəkildə prinsip aparır.
Altı nəfər eyni fənn üzrə dərs tədris edən müəllimləri öyrədərək regional mərkəzə əməkdar müəllimənin əlehinə ərizə yazdırıb.Gör necə biabırçılıqdır ki, Məktəbin drektoru, əməkdar müəlliməyə deyir ki, gəl özün müəllimləri ələ al səninlə müqavilə bağlamağıma razı olsunlar.
Bəli bax buna görə də Ağsu təhsili respublika üzrə ən aşağı yerlərdə qərarlanır.
Bir faktıda nəzərinizə çatdıraq ki, uzun illər ədəbiyyat müəllimi işləmiş 65 yaşı tamam olan, diaqnostik qiymətləndirmədən ədəbiyyatçı kimi imtahan verən Yeganə Cəlilova adlı müəllimlə rus dili müəllimi kimi müqavilə bağlanılıb. Direktorun şəxsi maraqlarına uyğun olaraq dərs tədrisinə davam etdirilir.
Bir sözlə məktəb direktoru Leyla Rüstəmzadə əlindən gələni edib ki, əməkdar müəllim Şirmayi Cabbarova məktəbdən uzaqlaşsın.
Ağsu təhsilində maxinasiyalar bununla bitib tükənmir. 3 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadovun qanunsuz əməlləri Agsu müəllimlərini, xüsusilə texniki işciləri bögaza yıgıb. Sual edirik, niyə təqaüd yaşı catmış texniki ışciləri rayon təhsil şöbəsi və orta məktəbin rəhbərləri əsassız olaraq işdə saxlayır amma əməkdar müəllimə Şirmayi Cabbarovanın yenidən qanuna uyğun müqavilə bağlamasına manee olur.
Deməli burda belə bir maraqlı cavab ortalığa çıxır:
Ağsu təhsil şöbəsi, 3 saylı Ərazi Maliyyə. Hesablaşma Mərkəzi və Ağsu şəhər 3 saylı orta məktəbin direktoru Leyla Rüstəmzadə əlbir olaraq, əməkdar müəllimənin yenidən müqavilə bağlayıb işləməsinə maneəə yaradıblar.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, hazırda haqqında söhbət gedən quruma rəhbərlik edən E. Cavadov burada saysız maliyyə maxinasiyalarına yol versə də, nədənsə Təhsil Nazirliyi hələ susur. Görünməmiş rəzalətlər yaşanan bu qurumda korrupsiya , dövlət əmlakını talama halları baş alıb gedir. Kağız üzərində “təmir olunan” orta məktəblər, məktəbdən kənar idman müəssisələrindəki açınacaqlı hallar və s.
Maraqlısı budur ki, Ağsu təhsil şöbəsinə müdir təyin olunan Əlimirzə Məmmədov əməkdar müəlliməni nə qəbul edir, nədə ki, dinləyir. Umilikdə sözlərindən belə çıxır ki, get hara deyirsən de! “Bura da bizik, Bağdatda kor xəlifə”.
Əməkdar müəllimə Şirmayi Cabbarova aidiyyatı üzrə bir çox yerlərə müraciət etsə də məktubları cavabsız qalıb.
Demək olar ki, Ağsu təhsil şöbəsi araşdırılası məktubların üstünü özlərinə sərf edən qayda ilə yazıb yenidən Təhsil Nazirliyinə göndərirlər.  Heç bir nəticə nədə ki, cavab yoxdur.
Ümüd edirik ki, Təhsil Nazirliyi, Azərbaycan təhsilinin inkişafı üçün gecə-gündüz çalışan əməkdar müəllim Ağsu rayon sakini əməkdar müəllimə Şirmayi Cabbarovanın səsinə səs verib, pozulmuş olan hüquqlarının bərpasına nail olacaqlar.
Qarşı tərəfi dinləyib mövqelərin dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.

 Xəbəral.az


Tarix: 16-11-2021, 14:23 Oxunub: 690


Bölməyə aid digər xəbərlər