11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Gəncədə təhsil işçiləri ilə bağlı ŞOK İDDİA - qumarda yeddi yüz min manat uduzub?

Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fərahil Qəhramanovun qumar borcunu ödəmək üçün Salyandakı obyektini satdığı iddia olunur...

Bu barədə İnfom.az saytı məlumat yayıb. Saytın yazdığına görə Gəncə şəhəri, Atatürk prospekti, 246 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fərahil Qəhramanov külli miqdarda qumar borcunu ödəmək üçün Salyandakı dəbdəbəli iaşə obyektini salyanlı iş adamı Hacı Qurbana satıb.

Məlumatda qeyd olunur ki, F.Qəhrəmanov qumarda külli-miqdarda pul uduzub və borcunu ödəməyi gecikdirdiyi üçün məbləğ “şişərək” 700 000 (yeddi yüz min) manat olub.

İnfom.az-ın qərb bürosunun əmakdaşı məsələni araşdırmaq məqsədilə Təhsil Nazirliyinin Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fərahil Qəhramanovla əlaqə saxlamağa cəhd edib. Lakin mərkəzdən hazırda onun işdə olmadığı və nə vaxt gələcəyinə dair məlumatsız olduqlarını bildiriblər.

Məsələylə bağlı adının çəkilməsini istəməyən mənbə xəbərin doğruluğunu dolayısıyla təsdiq edib. Məlumata görə Fərahil Qəhramanov əslən Salyan rayonundandır. Bundan əvvəl isə o, Salyan 13 saylı Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub. Yol verdiyi nöqsanlara görə Təhsil nazirinin müvafiq əmriylə yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi vəzifəsindən azad edilib. Buna baxmayaraq yaxın adamı Raqub Məhərrəmovu öz yerinə təyin etdirməyə nail olmaqla yanaşı, özü də Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olmağı başarıb.

O da iddia olunur ki, rəis qumar borcunu bağlamaq məqsədilə Salyan şəhər Taleh Davudzadə küçəsində yerləşən kafe, restoran və bir də fitnes mərkəzi kimi fəaliyyət göstərən dəbdəbəli obyektinə 1 həftədir ki, müştəri axtarırmış. Obyekt bahalı olduğundan təbii ki, Salyan şəhərində ona müştəri tapmaq da çətin olub. Nəhayət sonda məşhur iş adam Hacı Qurban Abbasov obyektə sahib çıxıb və rəisin borcun qapadıb.

F.Qəhrəmanovun obyektinin yeni sahibi Hacı Qurbandan tək xahişi isə o olub ki, məsələni bir müddət bağlı saxlasın, köhnə işçi heyətini 1-2 ay orda çalışdırsın, əhalidə obyektin satılmasına dair şübhlər yaratmasın.
 


Tarix: 7-05-2021, 23:17 Oxunub: 463


Bölməyə aid digər xəbərlər