Prezident cənab İlham Əliyevin ölkədə gənclərə və gəncliyə verdiyi qiymət daim özünü doğrultmaqdadır. Gənc kadrların əmək fəaliyyəti, səmərəli işi, öhdələrinə düşən vəzifələrin şərəflə yerinə yetirməsi göz qabağındadır.
Artıq 1 ildən çoxdur ki, Ağstafa rayonuna təyin olunan icra başçısı, gənc kadr Seymur Orucovun rayonda apardığı quruculuq-abadlıq işləri, vətəndaşlara olan qayğı, o cümlədən şəhid ailələrinə, qazilərə, vətən müharibəsi iştirakçılarına olan diqqəti, dövlətin mənafeyi naminə gəncələr arasında apardığı uğurlu siyasəti əhali
arasında xoş əhval ruhiyyə yaratmışdır.
İcra başçısının ölkənin inkişafında əsas sütun hesab edilən təhsilə ciddi nəzarəti də rayonda sevindirici hala çevrilib. Onun təyinatı ilə Ağstafa Rayon Təhsil Şöbəsinə Zeynalov Mədəd Ələkbər oğlunun gəlişi də bir sıra yeniliklərə imza atdı.
Dosye: Zeynalov Mədəd Əkbər oğlu 1985-ci ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1992-2003-cü illərdə həmin kənddə Şahin Abbasov adına tam orta məktəbi, 2007 -ci ildə Sumqayıt Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Həmin il əmək fəaliyyətinə, məhz həmin doğulduğu kənddə, təhsil aldığı məktəbdə başlayıb. Sonra hərbi xidmətə çağırılıb, Füzuli istiqamətində hərbi xidmətini davam etdirib. Hərbi xidməti ilə yanaşı ehtiyatda olan zabit kursu keçərək ehtiyata buraxılıb. 2008-ci ildə hərbi xidmətdən tərxis olunaraq, müəllimliyini davam etdirib. 2016 - cı ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında 60 baldan 54 bal toplayıb. 2018-ci ildə təhsildə inkişaf və innovasiyalar üzrə qrand müsabiqəsinin qalibi olub. 2018-ci ildə direktorların işə qəbulu imtahanında hər iki mərhlədə uğur qazanaraq 2019-cu ildə Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta məktəbə direktor təyin edilib. 2019-cu ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaql Respublika Komitəsinin keçirdiyi “İlin Peşəkar Gənci” nominasiyasında fəxri fərmana layiq görülüb.
Nəhayət, Mədəd Zeynalovun bilik və bacarığı, sağlam gəncliyi, təşkilatçılığı nəzərə alınaraq 2020-ci ildə Ağstafa Rayon Təhsil Şöbəsinə müdir təyin edilib. Ailəlidi, 1 övaldı var.
Gənc kadr Mədəd Zeynalov bilik və bacarığı ilə yanaşı həm də təşkliatçılığı, pdaqoji ustalığı, nümunəviliyi ilə də seçilir. O, rayonun ictimai-siyasi fəaliyyəti ilə bağlı keçirilən tədbirlərdə də fəal iştirak edir. Qısa bir müddətdə təhsil şöbəsində apardığı yeniliklər öz əməli nəticəsini vermişdir. Onun təhsil şöbəsinə təyin edildiyi ildə əvvəlki ilə nisbətən buraxılış siniflərindən ali və orta ixtisas məktəblərinə iş verənlərin sayı 6 faiz, qəbul imtahanlarında 600 baldan yuxarı toplayanların sayı isə 4 nəfər artmışdır.
Mədəd Zeynalov qısa bir müddətdə məktəblərdə apardığı önəmli işlər, o cümlədən şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə yönəldilən maarifləndirmə işləri, təlim və tərbiyənin müasir dövrün tələblərinə cavab verməsində qarşıya qoyulan tələblər hazırda öz bəhrəsini verməkdədir. İstər pedaqoji kollektiv, istərsə də şagirlərin dərsə davamiyyəti yüksək səviyyəyə çatmışdır. Bu da Mədəd Zeynalovun bacarığının lazımi səviyyədə olamasından xəbər verir.
Bundan əlavə, rayonda təhsil sisteminin daha da yaxşılaşması üçn hər an məktəblərə baş çəkən, müəllim və şagirdlərin qayğısı ilə maraqlanan, onlara göstəriş və tövsiyyələrini verən Ağstaf Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun nailyyətləri də danılmazdır. Hər iki gənc kadrların rayon təhsilində müvəffəqiyyəti Ağstafa rayonun ziyalılarında da xoş təsir yaradır və gələcəyə böyük ümid hissi aşılayır.
İlham Hacalı, ATİA.AZ
Bölməyə aid digər xəbərlər