Fevralın 1-dən bölgələrdə neçə məktəb əyani təhsilə qayıdır?

“Rayonlarda fəaliyyət göstərən 2000 məktəbdə ibtidai siniflər əyani təhsilə qayıdacaq”.
Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib.
O bildirib ki, bütün fənnlərin əyani sürətdə tədrisin təmin edilməsinə çalışırıq:
“Bölgələrdə ilkin hesablamalara görə, 2000-dən artıq məktəbdə ibtidai siniflər fevralın 1-dən əyani təhsilə qayıdacaq. Təbii ki, sinif otaqları mövcud pandemiya dövrünə müvafiq olaraq karantin qaydalarına cavab verən məktəblərdən söhbət gedir. Burada bədən tərbiyəsi fənni istisna edilir. Buna səbəb soyunub-geyinmə otaqlarında uşaqların bir-biri ilə sıx təmasda olması ehtimalıdır”.
Könül Cəfərli


Tarix: 30-01-2021, 15:35 Oxunub: 448


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31