16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Əli Qədimovun "Hüquq nəzəriyyəsi" adlı kitabı çap olunub

     Naxçıvan Dövlət Universitetinin "Ümumi hüquq" kafedrasının müəllimi, hüquqşünas Əli Qədimovun "Hüquq nəzəriyyəsi" adlı kitabın I cildi ("hüququn statikası") Bakıda "Qanun" nəşriyyatında çap olunub.

    Bu fundamental əsər hüququn mahiyyəti, mənşəyi va konseptual əsaslarını hüquq nəzəriyyəsinin müasir metodologiyası çərçivəsində sistemli șakildə araşdırır. Hüquq təkcə normativ aktlar toplusu kimi deyil, eyni zamanda sosial, siyasi və mədəni kontekstlərlə qarşılıqlı təsirdə olan dinamik və kompleks bir institut kimi təqdim olunur.

    Əsərdə hüququn fəlsəfi va nəzəri əsasları Platon və Aristotelin klassik təlimlərindən başlayaraq H.LA. Hart-ın hüquqi pozitivizmi, Hans Kelsenin saf hüquq nəzəriyyəsi, Ronald Dvorkinin hüquqi interpretivizmi və Lon Fullerin prosedur ədalət yanaşması əsasında müqayisəli və tənqidi təhlil olunur. Müəllif hüququn struktur elementlərini (hipoteza, dispozisiya, sanksiya), mənbələr sistemini (qanun, adət, məhkəmə presedenti və hüquqi doktrina) və hüquq-ədalət münasibətini dərin elmi əsaslarla izah edir.

      Əsər eyni zamanda hüquq nəzəriyyəsinin əsas metodoloji yanaşmalarını - analitik, tarixi, sosial- hüquqi, normativ və müqayisəli metodları nəzəri və tətbiqi müstəvidə izah edir. Əlavələr bölməsində debat əsaslı müzakirələr, rol oyunları və kazus analizləri vasitəsilə hüquq təliminin interaktiv metodlarına xüsusi yer ayrılıb. Bu yanaşma hüquq tələbələrinin hüquqi təfəkkürünü formalaşdırmaq və nəzəri bilikləri praktik kontekstdə tətbiq etməyə imkan yaratmaq məqsədi daşıyır.

     Kitab hüququn statikasına, yəni hüquq sisteminin sabitlik va normativliyinə fokuslanaraq hüququn strukturlaşdırılmış və ardıcıl məntiqini anlamaq istəyənlər üçün əvəzsiz mənbədir. Əsər xüsusilə hüquq fakültələrinin tələbələri, müəllimlər, doktorantlar və hüququn fəlsəfi aspektlərinə maraq göstərən akademik auditoriya üçün nəzərdə tutulmuşdur.


Tarix: 13-08-2025, 15:04 Oxunub: 1 146


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031