2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur.
Həmin vəsaitin 41 milyon manatı güzəştli kateqoriyadan olan vətəndaşlarımız üçün nəzərdə tutulub. Bundan başqa, aztəminatlı təbəqənin təhsil davamlılığını təmin etmək üçün Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalı 126 milyon manata çatdırılacaq", - deyə nazir qeyd edib.
Tələbə Kredit Fondu düzgün şəkildə işləmir. Bu da bir yeyinti formasıdır. Bir o qalıb desinlər ki, siz ölün biz baxaq sizə kredit düşür, yoxsa yox?! Bir sözlə, kredit verilməsini çətinləşdirmək üçün hər şey edilir. Bu gülünc haldır. Sizin işiniz vəziyyəti asanlaşdırmaqdır, yoxsa çətinləşdirmək?
Bu pulu kreditə verəcəyinizə, pulsuz yataqxanalar, pulsuz marşrutlar tətbiq edin. Tələbələri internetlə təmin edin. Türklər kimi burs yaradın. Distant təhsil üşün şərair yaradın. Kredit sistemi ilə təhsil alıb üstünə bir də ödənişli yer verməyi dayandırın.
Dövlət univeristeti ilə Özəlin artıq heç bir fərqi qalmayıb. Dövlət Univeristetində dövlət sifarişli yerə qəbul olunmaq imkansızdır. Daha doğrusu yox kimidir. Bu qədər problemləri görməzdən gəlməyə davam edirlər. Universitetlərdə kitab yoxdur! Heç bir sahədə heç bir tədqiqat, araşdırma, kitab yoxdur! Univeristet dərsliklərinə heç bir madiyyat ayırmır. Bu biabrçılıqdır. Bu sertifikasiya, MİQ-dən daha ağırdır. Amma pul olmadığı üçün heç baxan, düşünən yoxdur. TKTA nə düşünür? Nə gözləyir? Pulla diplom tanıtdırmaq deyil. Bunlarla məşğul olmaq lazımdır.
TƏHSİL MEDİA
Bölməyə aid digər xəbərlər