11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
33 müxtəlif universitetdən magistr qəbulu alan qızlarımız

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ARI Beynəlxalq Təhsil Mərkəzinin birgə dəstəyi ilə həyata keçirilən “Technest” Təqaüd Proqramı Çərçivəsində “Gələcək Təhsilli Qızlarla Gələcək!” layihəsi uğurla başa çatıb.

Proqramı başa vuran qızlarımız dünyanın ən reytinqli universitetlərindən 33 qəbul alıblar. Onların hamısı 9 müxtəlif ölkədə IT ixtisasları üzrə magistr təhsili alacaqlar. Qəbul alan tələbələrin 4-ü Dövlət Proqramının qalibləridir.

Qeyd edək ki, ötən il elan olunan təqaüd proqramına ümumilikdə 200 müraciət daxil olmuşdu. Onlardan 34-ü müsahibə mərhələsinə qədər irəliləmiş və 12 nəfər isə təqaüd proqramını qazanmışdır. Proqram boyunca qızlar ARI Beynəlxalq Təhsil mərkəzində təmənnasız IELTS kurslarına və imtahanlarına qatılaraq müvafiq sertifikat əldə ediblər. Daha sonra mərkəz tərəfindən onlar üçün dünyanın müxtəlif reytinqli universitetlərindən qəbul alınması prosesi həyata keçirilib.

Təqaüd sahibləri bakalavr təhsillərini BANM, UNEC, ADA, BMU, MAA və Xəzər Universitetlərində alan tələbələridir. Ənənəvi olaraq həyata keçiriləcək təqaüd proqramının məqsədi ölkəmizdə gender bərabərliyinin gücləndirilməsi və qadınların təhsil sahəsindəki uğurlarını dəstəkləməkdir.

“Gələcək təhsilli qızlarla gələcək” - bu sadəcə bir şüar deyil, həm də reallıqdır.




Tarix: 12-09-2024, 13:07 Oxunub: 189


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı