Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə tələbə qəbulu aparılan Qarabağ Universiteti hazırda diqqət mərkəzindədir. Əsas maraq doğuran mövzulardan biri isə tələbələrin necə köçürüləcəyi, onları neçə nəfərin müşayiət edə biləcəyi ilə bağlıdır. Qarabağ Universitetindən bildirilib ki, tələbələrin universitetə köçürülməsi zamanı onları 2 nəfər ailə üzvü müşayiət edə biləcək.

Tələbələrin növbəti həftələrdə Xankəndiyə aparılması planlaşdırılır. “15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”, - Qarabağ Universitetinin rektoru Şahin Bayramov müsahibəsində deyib.
 
Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.


Tarix: 4-09-2024, 13:36 Oxunub: 395


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31