Oğlu ilə eyni gündə tələbə adını qazandı

Ali təhsil müəssisələrinə qəbulla bağlı müsabiqə nəticələri açıqlanıb.

Tələbə adı qazananlar arasında xeyli tanınmış şəxs övladları var. Belə ki, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı və jurnalist Xəyalə Muradlı cütlüyünün oğlu Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub.

Maraqlıdır ki, Elməddin Muradlının özü də yenidən tələbə adını qazanıb. Belə ki, o, ikinci ali təhsil üçün imtahan verib və sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olub. O, birinci ali təhsilini isə BDU-nun Jurnalistika fakültəsində alıb.

Qanunvericiliyə görə, Azərbaycanda ikinci ali təhsili almaq yalnız ödənişli əsaslarla mümkündür.


Tarix: 23-08-2024, 14:24 Oxunub: 336


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31