11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
BANM ilə Daşkənd institutu arasında əməkdaşlıq müzakirə olunub

Özbəkistanın Daşkənd Kimya Texnologiya İnstitutunun rektoru professor Botir Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Rektor Elmar Qasımov qonaqlara Bakı Ali Neft Məktəbi haqqında ətraflı məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi Ali Məktəblə Özbəkistanın Daşkənd Kimya Texnologiya İnstitutu arasında münasibətlər yüksək səviyyədədir və bu görüş münasibətlərin inkişafı üçün növbəti uğurlu addımdır.

BANM-də yaradılan şəraiti yüksək qiymətləndirən Botir Usmonov buradakı təcrübədən yararlanmaq istədiklərini qeyd edib. Rektor, eyni zamanda mayda Özbəkistanda keçirilən Hakatona BANM-in tələbə və əməkdaşlarını dəvət edib.

Görüşdə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi, tələbə mübadiləsinin aparılması, həmçinin yay məktəblərinin təşkil edilməsi  ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub. 


Tarix: 3-05-2024, 12:28 Oxunub: 235


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı