11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Azərbaycanlı gənc pakistanlı qızla evləndi - FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində nikaha daxil olublar.
BANM-dən verilən məlumata görə, ali məktəbin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov  və eyni ixtisasın III kurs tələbəsi, əslən pakistanlı olan Masuma Rizvi ilə ailə həyatı qurublar.
İki dost ölkə vətəndaşının nikah bağlamasına Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye şahidlik edib.

Rektor və səfir gəncləri təbrik edərək, onlara iki ölkə arasındakı isti və dayanıqlı münasibət kimi ailə həyatı arzulayıblar. Gənc ailəyə hədiyyələr təqdim olunub. Hər iki ölkənin adət-ənənələri nəzərə alınan mərasimə karantin qaydalarına uyğun olaraq cütlüyün az sayda yaxın qohumları da qatılıb. Onların hər ikisi BANM-in Tələbə evində məskunlaşıb. Elə sevgi münasibətləri də təhsil aldıqları müddətdə yaranıb.
Elmar Qasımovun tapşırığı ilə gənclərin bundan sonra da tələbə evində məskunlaşması üçün bütün şərait yaradılıb. Elvin İsmayılov deyir ki, Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyi və qardaşlıq mövqeyi onlar üçün də nümunə olub. Elə onları münasibətlərini daha tez rəsmiləşdirməyə ruhlandıran da bu olub.
Qeyd edək ki, nikah mərasimindən əvvəl gənclərin ailələri internet üzərindən bir-biri ilə tanış olub və onlara öz xeyir-dualarını veriblər.


Tarix: 15-04-2021, 16:01 Oxunub: 537


Bölməyə aid digər xəbərlər