Dövlət katibi xoş qarşılanmadı: “Türkiyədən get!”

  Türkiyədə Ana Vətən Partiyası ABŞ dövlət katibi Antoni Blinkenin ölkəyə səfərinə etiraz olaraq aksiya keçirməyi planlaşdırır.
     Verilən mesajda dövlət rəsmisinin ünvanına kəskin ifadələr ifadələr işlədilib.
“Dünyanın ən böyük terror dövləti, ABŞ-ın nümayəndəsi Blinken, Türkiyədən get!” – mesajda qeyd olunub.
   Bildirilib ki, aksiya İstanbulda Üsküdar meydanında saat 14:00-da baş tutacaq.
    Xatırladaq ki, Blinken İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström ilə telefon danışığını təsdiqləyib. Dövlət Departamentinin rəhbəri həmçinin İsveçin Şimali Atlantika Alyansına ABŞ-ın qoşulması ilə bağlı sənədlərin ratifikasiyasına dəstəyini təsdiqləyib və vurğulayıb ki, ölkənin NATO-ya daxil olması bütün müttəfiqlərin xeyrinə ola bilər.

publika.az


Tarix: 6-01-2024, 14:14 Oxunub: 170


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930