Paşinyanın Bakıya göndərdiyi “sənəd hiyləsi”

    "Ermənistan hökumətinin Bakıya göndərdiyi sülh sazişinin mətnində yenə Qarabağla bağlı bənd varsa, bu dəfə də heç nə alınmayacaq. Paşinyan mətni Bakıya göndərdikdən sonra Münhen Təhlükəsizlik Konfransına gedəcək və orada özünü “sülhpərvər” kimi göstərməyə çalışacaq" - bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
      Politoloq bildirib ki, Paşinyanın Münhendə arqumenti Bakıdan “sülh təkliflərinə” cavab gözlədiyi olacaq:
“Təsadüfi deyil ki, İrəvan mətni keçmiş həmsədr dövlətlərə – ABŞ, Fransa və Rusiyaya da göndərib. Paşinyan beynəlxalq aləmin diqqətini cəlb etmək məqsədilə başqa bir hiyləyə də əl atıb. Belə ki, onlar “Qarabağın təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır” fikrini yaymağa başlayıblar. Paşinyana və beynəlxalq aləmə hər dəfə anlatmaq lazımdır ki, Qarabağda separatçılar tərk-silah olunmayana və bölgədə Azərbaycan qanunlarının tətbiqi təmin edilməyənə qədər təhlükəsizlik məsələlərinə baxılmayacaq”.


Tarix: 16-02-2023, 13:14 Oxunub: 374


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31