"Nə qədər ki, silahlılar Qarabağdadır, status məsələsi müzakirə oluna bilməz" - Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin "Rus sülhməramlılarının sayında artım mümkündür, ancaq bu tədbir təsdiqləndikdən və razılaşdırıldıqdan sonra ola bilər" fikrini şərh edərkən deyib. Politoloqun fikrincə, Azərbaycanın razılığı olmadan say artımından söhbət gedə bilməz:-"Rusiya prezidentinin mətbuat konfransında verdiyi açıqlamalar Azərbaycanın əleyhinə deyil. Birincisi, açıq şəkildə dedi, "biz ermənilərə deyirdik ki, 7 rayon boşaldılmalıdır”. İkincisi, dedi ki, bütün dünya, beynəlxaq hüquq Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Sonra deyir, sülhməramlıların sayı artırıla bilər, amma Ermənistan və Azərbaycanın razılığı olmalıdır. Bizim razılığımız olmadan say artırıla bilməz. O ki qaldı status məsələsinə, bu bizi o qədər də maraqlanıdrmır. Həmsədlər də status deyir. Biz vəziyyətin necə var, elə də qalmasında maraqlıyıq".
Elxan Şahinoğlu hesab edir ki, məqsədimiz Qarabağdakı terrorçuları tərkisilah etməkdir:
"Bir var söz, dedin, getdi, biri də var, əməl. Əməldə isə biz fakt görürük ki, Rusiya hərbiçiləri Azərbaycanın ərazisində müəyyən təxribatlarla məşğuldurlar, saxta xəritələr dərc edirlər, erməniləri orada tərkisilah etmirlər. Bizi ən çox bu əməllər narahat edir".
Bölməyə aid digər xəbərlər