Ərdoğan Makronu ciddi tənqid etdi – Dürüst deyil

   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezident Emanuel Makronu ciddi tənqid edib.
ATİA.AZ  Modern.az-a istinadən məlumat verir ki, R.T.Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun dürüst olmadığını bildirərək Türkiyənin beynəlxalq siyasətin düzgünlüyə əsaslanmalı olduğuna inandığını vurğulayıb.
“Dürüstlük olmayan yerdə ləyaqət də olmaz. Əlbəttə dünyada bir çox bu cür lider var”, – deyə Türkiyə Prezidenti əlavə edib.
O həmçinin Fransanın Afrikada Mali və Burkina Fasoda, həmçinin daha geniş beynəlxalq ictimaiyyətdə nüfuzunu getdikcə itirməkdə olduğunu deyib.
“(Makron parlamentdə etimadını itirib… Fransa etimadını getdikcə itirir”, – R.T.Ərdoğan bildirib.
Türkiyənin türk dövlətləri ilə, o cümlədən Azərbaycan, Qazaxıstan və Türkmənistanla münasibətlərinin gündən-günə gücləndiyini vurğulayan R.T.Ərdoğan Ankaranın təkcə türk dövlətləri ilə deyil, həm də Liviya ilə əlaqələri inkişaf etdirdiyini deyib.


Tarix: 30-01-2023, 15:53 Oxunub: 193


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930