16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Makron Paşinyana acıqlandı: "Bir dəfə də..."

Fransa prezidenti Emmanuel Makron Nikol Paşinyandan narazı qalıb. 
 
ATİA.AZ  Ermənistanın "Qraparak” qəzetinə istinadən xəbər verir ki, noyabrın 10-da Ermənistanın kapitulasiya aktını imzalamasından bir neçə gün sonra Makron ermıni diasporunun üzvləri ilə görüşüb.

 
Makron baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsi dövründə hərəkətlərindən narazı qalıb.

 
"Makron müharibənin gedişində bir neçə dəfə Paşinyana zəng etdiyini, ona öz yardımını təklif etdiyini, sms yazdığını söyləyib. Makron Paşinyanın ona dərhal cavab verdiyini söyləsə də, baş nazirin 1 dəfə olsun onunla öz təşəbbüsü ilə əlaqə yaratmadığını, yardım istəmədiyini vurğulayıb”-deyə qəzet yazır.
 
 Makron 10 noyabr kapitulasiya aktının imzalanmasından nə əvvəl, nə də sonra Paşinyanın onunla danışmamasından da hiddətlənib.

 
"Sizcə, bu situasiyada Fransa özünü necə aparmalıdır: Minsk qrupunda qalaraq danışıqlar prosesini dəstəkləməli yaxud Minsk qrupundan çıxaraq Qarabağın müstəqilliyinin tanınmasını dəstəkləməlidir?”- deyə o icma üzvlərinə sual edib.


Tarix: 26-12-2020, 15:29 Oxunub: 507


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031