Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.
 Bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 
Baş Prokurorun əmri ilə, Sumqayıt hərbi prokurorunun müavini, ədliyyə mayoru Nağıyev Rəşad İlyas oğlu tutduğu vəzifədən azad edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Təşkilat və İcraya nəzarət şöbəsinə prokuror təyin edilib.

Kamran Əliyevin digər əmri ilə, Bakı hərbi prokurorluğunun böyük müstəntiqi, ədliyyə mayoru Əliyev Elmir Həsən oğlu tutduğu vəzifədən azad olunaraq, Rəşad Nağıyevin yerinə təyinat alıb.


Tarix: 11-11-2022, 10:10 Oxunub: 309


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31