11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazax notariusu öz qanunları ilə işləyir...

   Sivil ölkələrin inkişafı əmək intizamına edilən diqqətlə də ölçülür. Dövlət idarələrində vətəndaşların qəbulu, ərizə və şikayətlərə operativ yanaşma bu gün Prezident İlham Əliyevin prioritet məsələrindən birinə çevrilib. Prezident çoxsaylı görüşlərində məmurun  sıravi vətəndaşla  rəftarının necəliyini , onların xalqın  xidmətçisi  olmasını  daim vurğulayır. Bürokratik əngəllər yaradan süründürməçiliyə, korrupsiya və rüşvətxorluğa meyilli olan məmurlara qarşı amansız olacağını bildirir. Əlbəttə, Prezidentin bu siyasəti  lazımi qaydada həyata keçirilir.
  Təəssüflə qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən dövlət notariat kontorlarında da vəziyyət elə də ürəkaçan deyil. 
  Deyilənləri Qazax  notariat  kontorunda aydın surətdə görmək mümkündür. Neçə illərdi kontora rəislik edən İlyas Nizami oğlu Tağıyev öz qanunları ilə işləməyi daha üstün tutub. Tabeçiliyindəki işçilərin formal və ya qeyri-formal fəaliyyət göstərməsinə göz yumulsa da, vətəndaşları maraqlandıran başqa bir səbəbdir. Belə ki, notariat kontorunun girişində iş vaxtının neçədə başlayıb, neçədə qurtarması aydın görünsə də, notariat kontorunun rəisi İlyas Tağıyev işə səhər saat 9 –da deyil, ağlıkəsən vaxt, yəni saat 10-da gəlib çıxır. Yaxın və uazq məsafədən gələn vətəndaşların əsəbinə toxunan layeyd hərəkət kontor rəisinin bürokratik bir insan olmasını açıqca büruzə verir.
 Korrupsiya və rüşvətxorluğun qarşısını almaq məqsədi ilə, kontorun fəaliyyət göstərdiyi otaq müasir avadanlıqlarla təchiz edilsə də, rəisin əyləşdiyi otaqda isə alış-veriş üçün hər çür imkanlar var. Yəni, əslində şəffaf şüşə ilə təchiz olunmuş qapı, rəisin göstərişi ilə qara örtüklə üzlənmişdir. Bu da İlyas Tağıyevin “qaz vurub, qazan doldurması” üçün əməllicə qurduğu plandır.
 Verilən məlumata görə, pullu sənədləşmə işlərini İlyas Tağıyev yalnız öz əllərinə keçirir. Vətəndaşla rəis arasındakı gizli sövdələşmədən əldə edilən gəlirlər isə rəisin həyat səlnaməsində yüksək rol oynayıb və oynamaqdadır. Araşdırmalar göstərir ki, İlyas Tağıyev notariat əməllərində çoxillik üsullardan istifadə edir.  O, notariat kontoruna özünün şəxsi biznesi kimi baxır. Onun bu hərəkətlərini həzm etməkdə çətinlik çəkən vətəndaşlar neçə illərdi ki, susur, nədənsə bu gün də susmağa üstünlük verirlər. Belə hesab edilir ki, İlyas Tağıyevdən yəqin şikayətlər edilsə də, mənasız qalacağını düşünürlər. Ancaq, bəlkə də belə də deyil. Təbii ki, görünən dağın dibi elə də uzaqda olmamalıdır...


 İlham Hacalı, ATİA.AZ


Tarix: 5-07-2022, 22:37 Oxunub: 716


Bölməyə aid digər xəbərlər