Elvin Paşayev Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verdi - FOTO

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. 
  İcra  hakimi  Elvin  Paşayevin müvafiq əmri ilə Namiq Sahib oğlu Cəfərov Rayon İcra Hakimiyyətində Ərazi İdareətmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
 Namiq Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakultəsini bitirib. Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə Asan Xidmət Mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə çalışıb. 
O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və“Şuşanın azad olunmasına görə” eləcədə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Manset.az



Tarix: 4-11-2022, 09:51 Oxunub: 320


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31