ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Azərbaycan əleyhinə bəyanatla çıxış edib.
Xanım Treysi “Armenpress”ə müsahibəsində bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ əhalisinin gələcəyinin müəyyən edilməsində rolunu tanıyır.
ABŞ-nin Ermənistandakı səfiri Qarabağdakı ermənilərin gələcəyi ilə bağlı bunları deyib:
“Xalqların öz müqəddəratını təyin etmək hüququ əsas amildir, lakin bu, hərtərəfli sülhə nail olmaq üçün yeganə beynəlxalq səviyyədə qəbul edilmiş prinsip deyil. Bu mənada Vaşinqton hesab edir ki, uzanan münaqişənin əsasında duran məsələlər danışıqlar yolu ilə və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, eləcə də xalqların öz müqəddəratını təyinetmə hüququ və gücdən istifadə etməmək prinsipləri əsasında həll edilməlidir”.
Ümid edirik ki, ABŞ-ın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və ona müvafiq nota veriləcək.
Bölməyə aid digər xəbərlər