Hakim vəkili cərimələdi - digər hakim sildi



Abşeron rayon məhkəməsinin hakimi tərəfindən cərimələnən vəkil Qanqa İbrahimovun cəriməsi ləğv edilib.
 
ATİA.AZ  xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özü sosial şəbəkə hesabında paylaşım edib. Vəkil bildirib ki, cəriməni məhkəmə qaydasında sildirib:
"Abşeron rayon məhkəməsində bu gün keçirilən iclasda cərimənin götürülməsi barədə ərizəm təmin edildi. Ədaləti bərqərar etdiyinə görə hakim Cəmilə xanım Səfiyevaya təşəkkür edirəm".
Qeyd edək ki, bir müddət öncə Qanqa İbrahimov hakim Elman Məmmədova məhkəmə iclasını vaxtında başlamadığı üçün etiraz etmişdi. Proses başlayandan sonra isə hakim vəkilin əsassız vəsatət verdiyini bildirərək onu 500 manat cərimələmişdi. Vəkil cərimənin vəsatətlə bağlı olmadığını, hakimə irad tutduğuna görə cərimələndiyini iddia etmişdi.


Tarix: 11-03-2022, 13:10 Oxunub: 447


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31