Ukraynanın yeni planı: Gələn həftə ictimaiyyətə açıqlanacaq sənəddə nələr var?

      Ukrayna hakimiyyəti müharibə zamanı ölkə üçün daxili fəaliyyət planı - "müqavimət planı" üzərində işləyir. 
     Xarici nəşrlərə istinadən xəbər veririk ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi planın bəzi detallarını açıqlayıb.

     Məlum olur ki, Ukrayna hökumətinin "müqavimət planı"nda prioritet olaraq ölkənin suverenliyi və daxili sabitlik dayanır. Zelensikinin ofisi bəyan edib ki, "müqavimət planı" əslində doktrinal sənəddir. 

      "Aydın və dəqiq təkliflərlə, addım-addım daxili imkanlarımızı Ukraynanın qələbəsi naminə yönləndirəcəyik", deyə Ukrayna prezidentinin ofisindən bildirilib. 


     Həmçinin plana ölkənin mədəni ictimaiyyətinin effektiv birliyi də daxildir. Bundan başqa, planda enerji məsələləri, daxili istehsal, təhlükəsizlik Qərb müttəfqilərinin silah tədarükü ilə bağlı bəndlər də yer alıb.

      Ukrayna hökuməti növbəti həftə sənədi ictimaiyyətə təqdim etmək niyyətindədirlər. 

     Bundan əvvəl Ukrayna hakimiyyəti "qələbə planı” hazırlamışdı. Planda NATO-ya üzvlük, silah tədarükü, müttəfiqlərin Rusiya ərazisindəki hərbi hədəflərə raket zərbələri endirməklə bağlı qadağanın aradan qaldırmaları və s. bu kimi məsələlər yer almışdı. 


Tarix: 15-11-2024, 13:48 Oxunub: 234


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930