11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Müharibə sərhədimizə yaxınlaşır...

      İran-İsrail gərginliyi Azərbaycanda quru sərhədlərin bağlı qalması məsələsini növbəti dəfə gündəmə gətirib. Bildirilir ki, Azərbaycan dövlətində xüsusi məlumatlar olduğu üçün sərhədlər hələ də açılmır. Buna regionda gedən müharibələr səbəbindən köç ehtimalı və təhlükəsizlik məsələsi daxildir.
     İsraillə gərginlik fonunda İrandan kütləvi köç olarsa, bunun qarşısını almaq mümkün olacaqmı?

   Bu barədə  danışan politoloq Qabil Hüseynli deyib ki, sərhədlərin bağlı qalmasının bir səbəbinin dövlət təhlükəsizliyi ilə bağlı olduğu sirr deyil:
“44 günlük müharibə lokal antiterror tədbirləri zamanı bu məsələdə daha aktual idi. İndi aktiv müharibədə olmasaq da, ölkəmizə qarşı təhdidlər, terror, təxribat riskləri qalır. Buna görə lazımi tədbirlər, qabaqlayıcı addımlar atılır. Hər zaman dediyim kimi, Bakının mərkəzində terror aktı görməkdənsə, sərhədləri bağlı görmək daha yaxşıdır”. 
     Politoloq deyib ki, İran-İsrail gərginliyi fonunda Azərbaycana köçün olması real deyil:“İran-İsrail gərginliyi zamanı belə təəssürat yaranır ki, cənubdan Azərbaycana köç olacaq. Başa düşmək lazımdır ki, İran və İsrail klassik müharibə aparmır, iki ölkənin quru əlaqəsi yoxdur. Yəni total savaşlar baş tutmur. Belə olan halda köç riski də yoxdur. Daha çox hərbi obyektlərə zərbə vurulur. Yəni İsrail Təbrizi, Ərdəbili, Marağanı bombalamayacaq. Ona görə də köçdən danışmaq əbəsdir.
     Lakin bu baş versə, təbii ki, bizim üçün ciddi riskdir. İrandan gələcək insan axını bizə Birinci Qarabağ müharibəsi zamanı üzləşdiyimiz çətinlikləri yaşada bilər. Özü də bu dəfə daha ciddi riskli bir təhlükə olacaq. Bu qədər insana baxmaq, onları ölkədə saxlamaq çox çətindir. Ümid edirəm, belə bir müharibə başlamayacaq”.

Globalinfo.az


Tarix: 3-10-2024, 14:21 Oxunub: 206


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı