Şimali Koreya Cənubi Koreyaya yenə zibil göndərdi

Şimali Koreya yenidən Cənubi Koreya ərazisinə tullantılarla doldurulmuş hava şarları buraxıb. Bu barədə Bu barədə Seul rəsmiləri məlumat yayıb.

Sentyabrın 4-dən Şimali Koreya beş gün ardıcıl olaraq hava şarlarını havaya buraxıb. Bildirilib ki, polietilen torbalarda tullantı kağız şarlara yüklənib. Hələlik analizlərə görə, heç bir təhlükəli maddə aşkar edilməyib.
 
Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın hava şarları ilə zibil göndərməsindən sonra 2018-ci il imzalanmış Koreyalararası hərbi deeskalasiya sazişini tam dayandırıb və iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb. Bundan başqa, Cənubi Koreyaya sığınmış şimallılar sərhəd zonada səsgücləndiricilər vasitəsilə Şimali Koreya əleyhinə təbliğat yayımını bərpa edib.


Tarix: 22-09-2024, 15:52 Oxunub: 252


Bölməyə aid digər xəbərlər
17-06-2024, 22:31 Putin Şimali Koreyaya gedir


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930