11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Bayden “Trump” yazılı kepka taxdı, gündəm yaratdı

ABŞ Prezidenti Co Bayden Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın seçkiqabağı kampaniyasına dəstəyi nümayiş etdirən kepka geyinib. 

Baydenin üzərində “Trump 2024” yazılan kepkanı geyinməsini əks etdirən görüntüləri Trampın seçki qərargahı öz “X” hesabında paylaşıb. 

Qərargah paylaşımda Baydenə dəstəyə görə minnətdarlıq edib. Baydenin bu görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Bunun ardınca, Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, hadisə ölkə liderinin 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror hadisələri ilə bağlı Şenksvildə keçirilən tədbirdə qeydə alınıb.

Onun sözlərinə görə, Bayden bununla ölkədə birliyə çağırış edib: “Prezident Şenksvildə yanğınsöndürmə stansiyasında sentyabrın 11-i baş verən hadisələrdən sonra ölkənin ikipartiyalı birliyindən bəhs edib və buna geri dönməyə çağırıb. O, jest olaraq Tramp tərəfdarına kepkanı verib, o isə öz növbəsində prezidentə Trampın kepkasını geyməyi təklif edib. Bayden isə onu qısa müddətlik taxıb”.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Ölkə prezidenti postuna namizədlər sabiq prezident Donald Trampla ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir.


Tarix: 12-09-2024, 13:46 Oxunub: 192


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı