Tramp Maska bu vəzifəni verəcək

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə “Tesla” və “SpaceX”in sahibi İlon Maska hansı vəzifəni verəcəyini açıqlayıb. Bu barədə “Reuters” məlumat yayıb.

Tramp hökumətin səmərəliliyi ilə bağlı komissiya yaratmaq istədiyini və milyarder İlon Maskı isə komissiyanın rəhbəri təyin edəcəyini açıqlayıb. O, həmçinin Maskın bu quruma rəhbərlik etməyə razılaşdığını bildirib.

Prezidentliyə namizəd komissiyanın necə fəaliyyət göstərəcəyi barədə ətraflı məlumat verməsə də, yaradılandan sonra altı ay ərzində fırıldaqçılıq və düzgün olmayan ödənişləri aradan qaldırmaq üçün plan hazırlayacağını bildirib.

Bundan əvvəl Donald Tramp prezident seçiləcəyi təqdirdə iş adamı İlon Maska nazir və ya müşavir vəzifəsi verəcəyini bildirmişdi.


Tarix: 6-09-2024, 12:40 Oxunub: 380


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31