Fələstinin HƏMAS təşkilatının Tehranda öldürülən lideri İsmayıl Haniyəni kimin əvəzləyəcəyi hazırda ən çox müzakirə edilən mövzular sırasında yer alır.
“Reuters” agentliyinin ehtimallarına görə, İsmayıl Haniyənun yerinə ən çox ehtimal olunan varis Xalid Meşaldır.
HƏMAS-ın yeni siyasi liderinin kim olacağı sualını şərh edən “Reuters” təşkilatın rəsmiləri və analitiklərinə əsaslanıb. Qeyd edilib ki, Haniyənin varisi onun Qətərdə mühacirətdə yaşayan müavini Xalid Meşal ola bilər.
Bəs Xalid Meşal kimdir?
Ömrünün çox hissəsini Fələstin torpaqlarından kənarda keçirən Xalid Meşal bu gün İsrail tərəfinin nəzarətində olan İordan çayının qərb sahilindəki Ramallah şəhəri yaxınlığında doğulub. Sonra ailəsi ilə birlikdə Küveytə köçüb. 15 yaşında Müsəlman Qardaşları təşkilatına qoşulan Meşal 1980-ci illərdə HƏMAS-ın yaranmasında da rol oynayıb. 1997-ci ildə ona qarşı sui-qəsd cəhdindən sonra Meşal İordaniya tərəfindən Qətərə sürgün edilib.
Xalid Meşal 2001-ci ildə Suriyaya köçüb. 2004-2012-ci illər arasında paytaxt Dəməşqdə olan Meşal Suriyada vətəndaş müharibəsinin başlaması ilə bu ölkəni tərk edərək Qətərin paytaxtı Doha və Misirin paytaxtı Qahirədə yaşamağa başlayıb.
Bölməyə aid digər xəbərlər