“Medera” Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib

Bakıda “Medera” Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib.
 Hadisə ilə əlaqədar bir sıra faktlar əldə edilib.
Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera” Hospitalda “Resepşn”da işləyirmiş.
O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.
Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.
Xanım ailəli olub, bir qız övladı var.
Sözügedən məsələ ilə bağlı hospitaldan  bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir.

Axar.az 


Tarix: 7-06-2023, 11:22 Oxunub: 435


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31