13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Həkimlərdən xəbərdarlıq: Dezodorantlardan düzgün istifadə etmirsiniz!



Fransa kosmetoloqları yüzlərlə insana nəzarət etdikdən sonra belə nəticəyə gəliblər ki, insanların əksəriyyəti dezodorant və antipersirantlardan düzgün istifadə etmirlər.

 
ATİA.AZ  xəbər verir ki, mütəxəssislər əsas səhvləri sadalayıb:
1. Həddindən artıq tərləmədən əziyyət çəkmirsinizsə, antiperspirantdan deyil, yaxşı dezodorantdan istifadə edin. Antiperspirant tərin ifrazını bloklayır ki, bu da orqanizm üçün faydalı sayıla bilməz. Bu səbəbdən antiperspirantlardan yalnız istisna hallarda istifadə etmək olar.
2. Dezodorant və ya antipersipant yalnız quru dəridə istifadə olunur. Bu səbəbdən duşdan çıxadıqdan dərhal sonra bu vasitələrdən istifadə etməyin, gözləyin ki, dəri tam qurusun.
3. Antiperspirantlardan səhər deyil, axşam yatmazdan əvvəl istifadə edin. Antipersipant tər vəzilərindən tərin ifrazının qarşısını alır, lakin bu effekti almaq üçün müəyyən vaxt lazımdır. Bu səbəbdən bu vasitə dəriyə qabaqcadan çəkilməlidir.
4. Bəzi antipersipantların təsiri 48 saat davam edir. Mütəxəssislər bu vasitələrdən daha tez-tez istifadə etməyi tövsiyə etmirlər.
5. Antiperspirant dəridə qıcıqlama, qurulu və səpkilərə səbəb ola bilər. Həmçinin antipersirantlardan sui-istifadə tər vəzilərində iltihaba, şişkinliyə, irinləməyə səbəb ola bilər. Odur ki, bu vasitəni evə qayıtdıqdan dərhal sonra dəridən yumaq və nəmləndirici vasitə çəkmək lazımdır. 

Tarix: 14-01-2022, 11:50 Oxunub: 179


Bölməyə aid digər xəbərlər