11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Kosmetoloq Rəşidə Məmmədzadədən açıqlama-Payız aylarında dəriyə qulluq vacibdir

 


Havalar soyuduqca üz dərisinə qulluq etmək daha da vacib olur. soyuq və külək dərini qurudur, qan damarları soyuqdan daraldığı üçün dərinin qidalanması pozulur. Dəri daha tez qocalır və təravətini itirir. Soyuq havada qoruyucu və nəmləndirici kremlərdən mütləq olaraq istifadə etmək lazımdı. Dərisi quru olan insanlar axşamlar süd, xama, yağlardan maskalar edə bilər. Bəzən soyuq havada dərinin müəyyən hissəsində hissiyyat itir və həmin nahiyə ağarır. "Bu zaman açıq havadasınızsa, dərhal həmin hissəni sürtmək lazımdır. Ev şəraitində isə zədələnmiş nahiyəyə bitki yağı, vitaminlə zəngin olan balıq yağı çəkmək olar.
 
Payızda bir sıra xroniki xəstəliklər də kəskinləşir, bu da dəridə özünü göstərir. Dəri tədricən xarici faktorlara qarşı müqavimətini itirir. Xüsusi ilə də həssas dərini soyuqdan qorumaq lazımdır. Qoruyucu keyfiyyəti çox yüksək olan bir maska resepti:- "1 stəkan lobya bir neçə saat suda saxlanılır. Sonra isə yumşalana qədər qaynadılır. İsti lobya süzgəcdən keçirilərək yarım limonun suyu və 1 xörək qaşığı zeytun yağı ilə qarışdırılır. Alınan qarışıq üzə çəkilərək üzdə 20-30 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur”.
Soyuq havalarda dəri qorunmalı və qidalandırılmalıdır. "Payız mövsümündə dərinin növündən - yağlı, normal, quru və ya qarışıq olduğundan asılı olaraq, maskalar edilir. Əsasən quru dərili adamlar soyuq hava zamanı daha çox əziyyət çəkirlər. Soyuğun təsirindən dəridə çatlaqlar yaranır, dəri soyulmağa başlayır. Dəridəki xoşagəlməz xüsusiyyətlərin yaranmasının qarşısını almaq üçün əvvəlcə dəri lasyonla silinir. Sonra isə üzərinə maska çəkilir. Maskanı hazırlamaq üçün 1 yumurta sarısı, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı un, yarım çay qaşığı limon suyu qarışdırılır. Belə maska dərinin quruluğunu aradan götürür və yumşaldır". Tək dəridə deyil, dırnaqlarda da payız fəslində müxtəlif fəsadlar yaranır. "Xüsusilə soyuq havalarda dırnaqlarda laylanma baş verir, vitamin çatışmamazlığı nəticəsində dırnaqlar qırılmağa, bəzi hallarda hətta çatlamağa başlayır. Bunun qarşısını almaq üçün tərkində bol kalsium olan ərzaqlarla qidalanmaq, dırnaqlara xüsusi möhkəmləndirrici vasitələr çəkmək lazımdır".


Tarix: 16-09-2020, 09:44 Oxunub: 442


Bölməyə aid digər xəbərlər