11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu ilə bağlı proqnoz təqdim ediblər.

Tədqiqat “The Lancet” elmi jurnalında dərc olunub. Hesablamalara görə, 2022-2050-ci illər arasında dünyada orta ömür uzunluğu 73,6 ildən 78,1 yaşa qədər (4,5 il) yüksələcək. Proqnozlarda bildirilir ki, kişilər 4,9 il, qadınlar isə 4,2 il daha çox yaşayacaqlar.

Alimlər qeyd edirlər ki, bu prosesdə əsas amil ürək-damar xəstəliklərindən ölüm hallarının azalması olub. Növbəti ən vacib şey, xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində tənəffüs yoluxucu infeksiyalar və vərəmdən ölüm hallarının azalmasıdır. Ömrün uzanmasının səbəbləri arasında ilk üçlüyə ana və neonatal ölüm hallarının azalması da daxildir.


Tarix: 18-05-2024, 13:26 Oxunub: 414


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı