Şəxs hansı halda orqanını başqasına verə bilər?

Daxili orqanların pul müqabilində satışa çıxarılması ilə bağlı elanlara rast gəlinir: “Bir böyrəyimi 70 min manata satıram”, “Ödəniş qarşılığında qaraciyər və ilik donoru oluram. Qiymət qarşılıqlı razılıq əsasında” və sair...

Son zamanlar küçələrdə və sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxarmaq istəyənlərin bu cür elanlarına tez-tez rast gəlinir. Sözügedən elanlarda böyrək, qaraciyər, ilik, qan satışı ilə bağlı məlumatlar qeyd olunur.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquq məsləhətçisi Lalə İbrahimzadə bildirib ki, ölkəmizdə orqan və toxumaların transplantasiyası qanunvericiliklə tənzimlənir. Buna əməl etməyənlər qanun qarşısında məsuliyyət daşıyırlar.

Qanunvericiliyə görə, insanın daxili orqanı satıla bilməz. Daxili İşlər Nazirliyindən (DİN) isə verilən məlumata görə, bu cür elanlarla bağlı nazirlik tərəfindən araşdırma aparılır.


Tarix: 26-04-2024, 10:48 Oxunub: 367


Bölməyə aid digər xəbərlər
9-04-2024, 15:10 Qanı pulla satmaq olar?
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930