11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda avtomobil qatarla toqquşub - VİDEO

      2 avqust saat 23:20 radələrində ADY-na məxsus elektrovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan “Hyundai Elantra” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib və bu zaman qəza baş verib.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
   “Maşinist tərəfindən təcili tormozlanma aparılsa da, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində xəsarət almış sürücü və bir sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.
    ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol-Hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə və keçidin təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırırıq.
     Qeyd edək ki, sürücülərin yol-hərəkəti haqqında qanunun tələblərini kobud pozması nəticəsində cari ildə keçidlərdə 18 hadisə baş verib, altı nəfər xəsarət alıb, üç nəfər isə dünyasını dəyişib.
     Ötən ilin eyni dövrü ərzində isə dəmiryolu keçidlərində 12 hadisə baş verib, dörd nəfər xəsarət alıb, bir nəfər isə həlak olub.
      Xatırladaq ki, Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülərə 100 AZN məbləğində cərimə tətbiq olunur”, - məlumatda qeyd olunub.


Tarix: 3-08-2023, 08:26 Oxunub: 475


Bölməyə aid digər xəbərlər