21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Hacıqabulda baş verən qəzada şəhid anası ağır yaralanıb ...

Hacıqabulda baş verən qəzada altı nəfər xəsarət alıb.
Hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
KİA və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1999-cu il təvəllüdlü Abıyeva Nuray Malik qızı, onun qardaşı, 2008-ci il təvəllüdlü Abıyev Nihad Malik oğlu, 1996-cı il təvəllüdlü İbrahimov Elmar Səyyad oğlu, 2000-ci il təvəllüdlü Hüseynəliyeva Aidə Azər qızı, 1973-cü il təvəllüdlü Salmanova Şahnaz Mürsəl qızı və Laçın rayon sakini, şəhid anası, 1955-ci il təvəllüdlü Abışova Nənəxanım Səfər qızıdır.
Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Şəhid anası N.Abışovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 9-11-2022, 11:32 Oxunub: 327


Bölməyə aid digər xəbərlər