Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, beş nəfər ölüb.

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, beş nəfər ölüb.
“Report”un məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı beş nəfər ölüb. 
Baş verən qəzada ölənlərin kimliyi məlum olub.
İlkin məlumata görə, hadisə zamanı VAZ-2107 markalı avtomobillə “Mitsubishi” markalı maşın toqquşub.
Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Məlikov Saleh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində vəfat edib. Onların hamısı rayonun Şabanlı kənd sakinləri olub. 
Qəza nəticəsində “Mitsubishi” markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 12-03-2022, 13:21 Oxunub: 885


Bölməyə aid digər xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930