Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılıb öldü

Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüb. 

Hadisə şəhərin Energetik küçəsi 3 ünvanındakı beşmərtəbəli binada baş verib. Səhər saatlarında həmin binanın qarşısından A.Kərimova və 5 yaşlı qızının meyiti tapılıb.

İlkin məlumata görə, ana və qızı binadan yıxılaraq vəfat ediblər. Belə ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib. Onların 5-ci mərtəbədən yıxıldıqları ehtimal edilir. Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.

Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir.

Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş. Onların meyitləri morqa təhvil verilib.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.


Tarix: 3-08-2024, 12:57 Oxunub: 2 782


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930