Zeynəb Xanlarova haradadır? - AÇIQLAMA


Bu gün bir sıra saytlarda Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycandan birdəfəlik köçməsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumat böyük müzakirələrə səbəb olub.
 
Məsələ ilə bağlı Manset.az Zeynəb Xanlarovanın özü ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsə də, Xalq artisi telefona cavab verməyib.
Daha sonra Manset.az  Zeynəb Xanlarovanın qardaşı qızı Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib:

"Zeynəb xanım, mənim əziz bibim, hazırda Nardaranda evində oturub. Azərbaycandadır. Heç bir yerə də getməyib. Deyilənlər hamısı yalandır."


Tarix: 19-12-2022, 10:01 Oxunub: 417


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31