Balkanların Nostradamusu kimi tanınan Baba Vanqanın 2022-ci il üçün proqnozları ortaya çıxıb.
Məlumata görə, verdiyi proqnozlardan geriyə heç bir yazılı mətn buraxmayan Vanqa 2022-ci il üçün ürəkaçan şeylər deməyib.
Məşhur kahinin bu il baş verəcəyini proqnozlaşdırdığı 6 dəhşətli hadisə bunlardır:
1. Təbii fəlakətlər, xüsusilə zəlzələ və sunamilər artacaq.
2022-ci ildə Avstraliya ilə yanaşı bir neçə Asiya ölkəsində də güclü daşqınlar baş verə bilər.
2. Koronavirus pandemiyasını da proqnozlaşdırdığı iddia edilən Vanqa 2022-ci ildə Sibirdə ölümcül virusun aşkar ediləcəyini proqnozlaşdırıb.
Virusun sürətlə yayılacağı və nəzarətdən çıxacağı da qorxulu proqnozlar sırasındadır.
3. 2022-ci ildə dünyanın bir çox şəhərlərində içməli su qıtlığı yarana bilər.
Əhalinin artması və çayların çirklənməsi bir çoxumuzun su qıtlığı yaşamasına səbəb olacaq.
Bir çox dövlətlər yeni resurslar tapmaq üçün həll yolları axtaracaqlar.
4. Yadplanetlilər gəlir.
Elm adamlarının son günlər araşdırdıqları "Oumuamua" kimi tanınan asteroid də Bolqarıstan kahininin proqnozları arasında idi.
Bu meteoritin yadplanetlilər tərəfindən Yerdə həyat axtarışı üçün göndəriləcəyi bildirilib.
5. Vanqa 2022-ci ildə dünya əhalisinin ən sıx məskunlaşdığı ölkələrdən biri olan Hindistanda temperaturun 50 dərəcəyədək yüksələcəyini, çəyirtkə və buna bənzər canlıların əkin sahələrinə hücum edəcəyini deyib.
Ardıcıl fəlakətlərdən sonra Hindistanda böyük qıtlıq gözlənilir.
6. Virtual dünya həyatı zəbt edəcək.
Bolqar kahinin “İnsanların bədəni dik durmayacaq, donqarları çıxacaq” deyimini araşdıran mütəxəssislər bunun texnologiyadan asılılığın artması ilə əlaqəli olduğunu iddia edirlər.
xarici media
Bölməyə aid digər xəbərlər