Bakıda küçəyə Xarıbülbül adı veriləcək


Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin simvolu olan xarıbülbül çiçəyinin adı paytaxt küçələrindən birinə veriləcək.
 
Xarıbülbül adının simvolik olaraq ədəbiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiyaya təklif irəli sürülüb.
Təklif Bakı meriyasında müsbət qiymətləndirilib.
Hazırda xarıbülbül adının hansı küçəyə verilməsi ilə bağlı müzakirələr aparılır.
Qeyd edək ki, Bakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək. Qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək.

Modern.az


Tarix: 25-05-2022, 09:43 Oxunub: 448


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930