11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tanınmış araşdırmaçı jurnalistdən ürək ağrıdan ittihamlar: "Azərbaycan təkcə ASAN Xidmət və Daxili İşlər Nazirliyi aparatından ibarət deyil."



Cənab prezident son çıxışında özü dedi ki, ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət rolunu bu gün daha çox sosial şəbəkələr oynayır. Bəzi hallarda burada gedən informasiyalar həqiqəti əks etdirir. Bu həqiqətlərə çevik reaksiyanı isə dövlət qurumlarından ancaq #ASANXIDMET və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən görürük." #Ailə, qadın və uşaq problemləri Komitəsi, Sosial Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura isə yatırlar... yatırlar.... və yatırlar... Yalnız Daxili İşlər Nazilriyi işə qarışıb, tədbir görəndən sonra, onlar da bəyanat verirlər.

ATİA.AZ  yazır ki, bunu tanınmış araşdırmaçı jurnalist Aida Eyvazova deyib. Daha sonra Aida xanım deyir:
Bu gün Şamaxının Çaylı kəndində qara dam altında allahın umuduna qalan o 5 körpənin də ilk harayına çatan Elşad Hacıyev və onun işlədiyi nazirliyimiz oldu.
Belə acınacaqlı halları gördükdə, Təhsil nazirindən soruşmaq istəyirik ki, uşaqların məktəbə cəlb edilib-edilməməsindən tam xəbəriniz varmı? Axı ölkənin rayon-kənd məktəblərində uşaqlar ehtiyac ucbatından, ya etinasızlıqdan dərsə getmirlər. Yayınırlar. Cənub bölgəsində qızların çoxunu oxumağa qoymurlar? Bunu da Daxili İşlər Nazirliyi nəzarətə götürməlidir? Yəqin ki, Çaylı kəndindəki o 5 uşaqdan biri də məktəblidir? Hara baxır o kəndin məktəbi?
Sosial Təminat naziri, öz çıxışlarında, proqramlarında deyir ki, uşaq pulu verilməməlidir!!! Niyə? Rusiya, Ukrayna, Estoniya... Özbəkistan, Qazaxıstan öz uşaqlarına pul verir, Azərbaycan niyə verməməlidir? O 5 uşağın anası heç olmasa uşaq pulu alsa idi, balaları o gündə olmazdı axı...
İndi xəstə, ac-yalavac böyüyən o uşaqlarımız gələcəyimizi qurmalıdırlar. Xəstə və ac uşaq gələcək qura bilərmi? Millətimizə uyğun Milli İdeologiya Konsepsiyası hazırlanmalıdır. Belə tərbiyə, belə sağlamlıqla gələcək qurulmur.
Azərbaycan təkcə ASAN Xidmət və Daxili İşlər Nazirliyi apartaından ibarət deyil. Oturduğunuz kreslolarda vəzifələrinizi icra edə bilmirsinizsə, rədd olub gedin, qoy işi bilənlər işləsin, qoy xalqı sevənlər, dövləti sevənlər işləsinlər!!!



Tarix: 17-01-2022, 13:01 Oxunub: 512


Bölməyə aid digər xəbərlər