Sənətə gedən yol - Namiq Aydınov

  Qazax rayonunun Kosalar kəndində yaşayan bir gənc istedad haqqında oxucularımıza məlumat vermək istəyirik.  Namiq Aydınov, 24 yaşlı gənc...

Bu ad çoxlarına tanış deyil. Onun barəsində qısa məlumatı təqdim edirik.

   Namiq Aydınov  uşaqlıq illərindən rəsm sənətinə böyük maraq göstərib və illər ərzində bu sahədə öz bacarığını davamlı şəkildə inkişaf etdirib.

   Hazırda Namiqin çəkdiyi rəsmlər yüksək peşəkarlığı və incə detalları ilə diqqət çəkir. Onun rəsm texnikası mahir ustad rəssamların işlərini xatırladır və əsərlərində sənətə olan sevgisi aydın şəkildə hiss olunur.

   Namiq Aydınovun özünün dediyinə görə  bununla kifayətlənmək niyyətində deyil.  Qarşısına daha böyük məqsədlər qoyaraq, gələcəkdə daha yüksək səviyyəli və peşəkar əsərlər yaratmaq niyyətindədir.

    Onun ən böyük arzularından biri gələcəkdə öz əsərlərinin rəsm qalereyalarında sərgilənməsidir.  Namiqin istedadı, əzmi və sənətə olan sevgisi bu arzunun gerçəkləşməsi üçün mühüm addımlardır.

    Namiq Aydınov – uşaqlıqdan başlayan bir həvəsin böyük sənət yoluna çevrilməsinin nümunəsidir.

   ATİA.AZ saytı olaraq gənc rəssamın emalatxanasından bəzi əl işlərini təqdim edirik və Namiq Aydınova bu yolda uğurlar arzulayırıq.



 



Asif Zöhrabov, ATİA.AZ


Tarix: Bu gün, 18:52 Oxunub: 64


Bölməyə aid digər xəbərlər
18-09-2020, 00:23 Peşəkar Səhiyyə İşçisi


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31