11:19 / 05-03-2025
Turizm Agentliyində qalmaqal
Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirildi

     Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun təşkilatçılığı ilə görkəmli yazıçı Natəvan Dəmirçioğlu ilə görüş və onun yeni nəşr olunan, I, II Qarabağ  savaşına, 44 günlük Vətən Müharibəsindəki Zəfərimizə həsr olunan "Açar"  romanının təqdimatı keçirildi. Millət Vəkillərinin, ziyalıların, ictimai xadimlərin,  yazarların, kitabsevərlərin, oxucuların, ictimayyət nümayəndələrinin iştirak etdiyi tədbir yüksək səviyyədə keçdi. Alimlər,  müəllifin qələm yoldaşları əsər haqqında  fikirlərini bildirdilər. Oxucular təssüratlarını bölüşdülər və müəllifə suallarını ünvanladılar. Görüşdə iştirak edən musiqiçilər tədbirə rəng qatdılar. Əlavə olaraq Bakı Dövlət Universitetinin müəllim və tələbə heyətinin yazıçının tədbirinə hədiyyə kimi hazırladıqları çarx yüksək marağa səbəb oldu.



 






 Dilşad Məmmədəliyeva

  Bakı Dövlət Universitetinin 

Jurnalistika fakültəsinin tələbəsi 


Tarix: 2-03-2025, 14:16 Oxunub: 217


Bölməyə aid digər xəbərlər