Azərbaycanlı qadın iş adamı olan ərini vəhşicəsinə öldürdü

     Dağıstanın Xasavyurt şəhərində azərbaycanlı qadın iş adamı olan 37 yaşlı ərini dəmir plintusla ölənədək döyüb, sonra da guya “gecənin bir aləmində evə gəlmiş qonaqların ərinə hücum etdiyini” deyib.
 Röya adlı qadın polisə belə ifadə verib:
    “Ərim Cabir Dubaydan qayıtmışdı. Ailəliklə onun qayıdışını qeyd edəndə qəflətən evə iki naməlum şəxs soxuldu. Onlar Cabiri döyüb öldürdülər”.
Polis binadakı müşahidə kameralarının çəkdiyi görüntüləri yoxlayanda isə məlum olub ki, həmin gecə evə qonaq gəlməyib.
    Röya daha sonra ifadəsində bildirib: “Cabir həmişə məni vəhşicəsinə döyürdü. Həmin gecə yatanda onu dəmir plintusla döyüb öldürdüm, qisasımı aldım”


Tarix: 4-01-2024, 13:24 Oxunub: 202


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31