16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Goranboyda ər arvadını qətlə yetirdi...

Goranboyda hərbçi həyat yoldaşının başını kəsib.
Əldə etdiyimiz məlumata görə, 1994-cü il təvəllüdlü hərbçi, baş leytenant Həsənli Bəbir İntiqam oğlu arvadı, 1991-ci il təvəllüdlü MAXE Zəhra Babayevaya çoxsaylı bıçaq xəsarətləri yetirdikdən sonra qadının başını kəsib.
Cütlük oktyabrın 9-da rəsmi nikaha daxil olub. Z.Babayeva həyat yoldaşı ilə yaşamaq istəmədiyi üçün öldürüldüyü bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov  açıqlamasında bildirib ki, Goranboy rayon Polis Şöbəsinə qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yeririlməsi ilə bağlı məlumat daxil olub:
"Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir".


Tarix: 30-10-2022, 20:47 Oxunub: 305


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031